AZ

“ELM VƏ TƏHSİLDƏ İNNOVATİV TƏDQİQATLAR” I RESPUBLİKA ELMİ KONFRANSI


  • Müəllif haqqında məlumat: Tezisin adından sonra müəllifin adı və soyadı, təmsil etdiyi müəssisənin tam adı, şəhər və ölkə adı, elmi dərəcəsi və elmi adı, təhsil səviyyəsi, ORCID kodu, telefon nömrəsi və e-poçt ünvanı qeyd edilməlidir.
  • Konfransın əhatə etdiyi elm sahələri: Humanitar və İctimai elmlər; Təbiət elmləri; Riyaziyyat və Mexanika elmləri; Texnika elmləri.
  • Konfransın işçi dilləri:Azərbaycan, ingilis, rus.
  • Tezisin formatı: tezis A4 formatında, Times New Roman şrifti ilə, 14 pt. ölçüsündə, 1,5 sətirarası interval ilə yazılmalı, səhifə ölçüləri soldan, yuxarıdan və aşağıdan 25 mm, sağdan 20 mm olmalı, tezis həcmi 2-5 səhifə olmalıdır.
  • Açar sözlər: Tezisin əvvəlində 5 sözdən az olmayaraq açar sözlər olmalıdır. Azərbaycan dilində yazılan tezisdə açar sözlər Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılan tezisdə açar sözlər ingilis və Azərbaycan dillərində, rus dilində yazılan tezisdə açar sözlər rus, Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • İstinadlar: Əgər istinad varsa, tezisin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır. İstinadlar tezis daxilində iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (Hüseynova, 2020), konkret olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (Hüseynova, 2020, s. 219). Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalıdır, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir. İstinadlar və ədəbiyyat siyahısı APA 7 (American Psychological Association, 7th Edition) standartlarına uyğun tərtib edilməlidir.
  • Plagiat hesabatı:Tezisin plagiat yoxlanışından keçirilməsinə dair rəsmi hesabat təqdim edilməlidir.
  • Tezis qəbulunun son tarixi:      18.11.2026
  • Konfransın keçiriləcəyi tarix:   25.11.2026

 

Yayımçı:   INTERNATIONAL SCIENCE, EDUCATION AND INNOVATIONS CENTER

 

 

Əlaqə:  rcscieduinn@iseic.org

 

+994 50 301 06 26

+994 55 785 78 73