MƏQSƏD VƏ ƏHATƏ DAİRƏSİ
“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnal humanitar və ictimai elmlər, təbiət elmləri, riyaziyyat və mexanika elmləri, texnika elmləri üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli elmi nəşrdir. İl ərzində jurnalın 6 sayı və xüsusi buraxılışları çap olunur.
Jurnal qlobal elmi ictimaiyyət üçün bir platforma olaraq, alimlər, tədqiqatçılar, mütəxəssislər, doktorantlar, magistrantlar, müəllimlər və müvafiq sahələr üzrə təhsil alan tələbələrin elmi araşdırma nəticələrini və nailiyyətlərini yayımlamaları üçün nəzərdə tutulmuşdur.
MƏQSƏD
“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnalın əsas məqsədi beynəlxalq standartlara cavab verən innovativ elmi tədqiqatların nəşri vasitəsilə elmi biliklərin qlobal miqyasda inkişafına töhfə verməkdir. Jurnal açıq girişli elmi tədqiqatları dəstəkləməklə, elmi ideyaların mübadiləsinə və elmi əməkdaşlıqlara şərait yaratmağı hədəfləyir.
ƏHATƏ DAİRƏSİ
Humanitar və ictimai elmlər:dilçilik, ədəbiyyatşünaslıq, tarix, antropologiya, coğrafiya, fəlsəfə, ilahiyyat, sosiologiya, pedaqogika, psixologiya, iqtisad elmləri, hüquq elmləri, siyasi elmlər, sənətşünaslıq, memarlıq və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Dilçilik: ümumi dilçilik, tətbiqi dilçilik, müqayisəli və tarixi dilçilik, fonetik və fonoloji tədqiqatlar, leksikologiya və leksikoqrafiya, morfologiya və sintaksis, semantika və praqmatika, diskurs və mətn dilçiliyi, sosiolinqvistika və psixolinqvistika, korpus dilçiliyi, terminşünaslıq və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Ədəbiyyatşünaslıq: klassik və müasir ədəbiyyatın tədqiqi, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi nəzəriyyə və tənqid, poetika və narratologiya, folklor və şifahi xalq ədəbiyyatı, postkolonial və mədəniyyətlərarası tədqiqatlar, ədəbi janrların tədqiqi və s. sahələrlə bağlı elmi tədqiqatlar. Bundan əlavə, filologiyanın əlaqəli sahələri: tərcüməşünaslıq və tərcümə tədqiqatları, mətnşünaslıq və paleoqrafiya, dil və mədəniyyət əlaqələri, humanitar diskurs araşdırmaları, rəqəmsal humanitar elmlər.
Tarix elmləri: siyasi tarix, iqtisadi tarix, cəmiyyət tarixi, mədəniyyət tarixi, hərbi tarix, dini tarix, sosial tarix, mentalitet tarixi, məkan və zaman tarixi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Antropologiya elmləri: bioloji antropologiya, arxeologiya, mədəni antropologiya, etnologiya, sosial antropologiya, dil antropologiyası, təkamül antropologiyası, insan ekologiyası, tibb antropologiyası, kulturologiya və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Fəlsəfə elmləri: metafizika, epistemologiya, əxlaq fəlsəfəsi, siyasi fəlsəfə, məntiq, estetika, fəlsəfə tarixi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Sosiologiya elmləri: sosial quruluş və institutlar, sosial münasibətlər və qruplar, sosial dəyişiklik və inkişaf, sosial siniflər və təbəqələşmə, sosial ədalət və bərabərlik, sosial psixologiya, sosial nəzarət və deviantlıq, sosial əlaqələr və kommunikasiya, qloballaşma və sosial dəyişikliklər, sosial tədqiqat metodları və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Pedaqogika elmləri: ümumi pedaqogika, təlim nəzəriyyəsi və metodikası, məktəbəqədər pedaqogika, sosial pedaqogika, inklüziv təhsil, təhsilin idarə olunması, təlim texnologiyaları, təhsildə innovasiyalar, müqayisəli pedaqogika və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Psixologiya elmləri: beyin və nevroloji psixologiya, koqnitiv psixologiya, inkişaf psixologiyası, sosial psixologiya, emosional psixologiya, tətbiqi psixologiya, klinik psixologiya, psixometriya, psixologiyanın fəlsəfəsi, məşğuliyyət psixologiyası və s. sahələrlə bağlı elmi tədqiqatlar.
İqtisad elmləri: mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat, təsərrüfat idarəetməsi və müəssisə iqtisadiyyatı, iqtisadi nəzəriyyə, iqtisadi siyasət, əmək iqtisadiyyatı, maliyyə və banklar, ekoloji iqtisadiyyat və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Hüquq elmləri: konstitusiya hüququ, inzibati hüquq, mülki hüquq, cinayət hüququ, beynəlxalq hüquq, əmək hüququ, maliyyə hüququ, vergi hüququ, ailə hüququ, ticarət hüququ, hüquq nəzəriyyəsi və hüquq fəlsəfəsi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Siyasi elmlər: siyasi nəzəriyyə, idarəetmə və dövlət strukturları, siyasi mühit və institutlar, beynəlxalq münasibətlər, siyasi davranış, siyasi iqtisadiyyat, demokratiya və siyasi iştirak, beynəlxalq hüquq, siyasi təhlükəsizlik və müharibə, sosial siyasət və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Sənətşünaslıq elmləri: incəsənət tarixi, təsviri incəsənət, dekorativ-tətbiqi incəsənət, musiqişünaslıq, teatrşünaslıq, kinoşünaslıq, xoreoqrafiya, dizayn və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Memarlıq elmləri: memarlıq nəzəriyyəsi, memarlıq tarixi, şəhərsalma, landşaft memarlığı, daxili məkan dizaynı, restavrasiya və bərpa, memarlıq irsinin qorunması və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Təbiət elmləri:biologiya, kimya, biokimya, geologiya, fizika, astronomiya, ekologiya, aqrar elmlər və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Biologiya elmləri: botanika, zoologiya, ekologiya, genetik tədqiqatlar, molekulyar biologiya, hüceyrə biologiyası, fiziologiya, biokimya, mikrobiologiya, ətraf mühitin bioloji aspektləri və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Kimya: analitik kimya, üzvi kimya, qeyri-üzvi kimya, fiziki kimya, ətraf mühit kimyası, biokimya və bioüzvi kimya, qida kimyası və kimyəvi texnologiyalar, materiallar kimyası və nanokimya, tətbiqi və sənaye kimyası, kimya mühəndisliyi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Aqrar elmlər: qida texnologiyası, istehsalı, təhlükəsizliyi, keyfiyyəti və qida mühafizəsi, kənd təsərrüfatı mühəndisliyi və mexanikləşdirmə, kənd təsərrüfatı iqtisadiyyatı, kənd təsərrüfatı biotexnologiyası, bitkiçilik, bitki mühafizəsi, meşəçilik, bağçılıq və tərəvəzçilik, heyvandarlıq, baytarlıq elmləri, torpaqşünaslıq, aqroekologiya, aqrokimya, suvarma sistemləri, aqrar iqtisadiyyat, kənd təsərrüfatı idarəçiliyi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Riyaziyyat və mexanika elmləri:cəbr, həndəsə, statistika və ehtimal, riyazi analiz, diferensial və inteqral tənliklər, tətbiqi riyaziyyat, klassik mexanika, kvant mexanikası, fluid mexanikası, təhlükəsizlik mexanikası, astromexanika və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Texnika elmləri:aviasiya texnologiyası və mühəndisliyi; kompüter qurğuları və texnologiyası; tikintinin texnologiyası və təşkili; inşaat mexanikası; inşaat konstruksiyaları, bina və qurğular; özüllər və bünövrələr, yeraltı qurğular; mühəndis-kommunikasiya sistemləri; inşaat və yol maşınları; inşaat materialları və məmulatları; hidrotexniki tikinti; nəqliyyat qurğuları; hidravlika və mühəndis hidrologiyası; elektrotexnika və elektrotexnika mühəndisliyi; ətraf mühitin texnologiyası və mühəndisliyi; materiallar texnologiyası; maşınqayırma texnologiyası; maşınlar, avadanlıqlar və proseslər; metallurgiya texnologiyası; metal məhsulları texnologiyası; avtomobil texnikası; gəmiçilik texnikası; gəmiçilik və su nəqliyyatının istismarı; gəmiqayırma və gəmi təmiri texnologiyası; dəmiryol texnikası; kosmik texnika; uçan aparatların layihələndirilməsi, konstruksiyası və istehsalı; yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı; nəqliyyat sistemləri texnologiyası; dəniz neft-qaz-mədən qurğuları; metrologiya və metroloji təminat; elektrotexniki sistemlər və komplekslər; elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər; daşınma proseslərinin idarə edilməsi; naviqasiya və havada hərəkətin idarə edilməsi; hava nəqliyyatının istismarı və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Jurnal beynəlxalq nəşr etikası standartlarına və ciddi resenziya proseslərinə riayət etməklə, dərc etdiyi elmi araşdırmaların keyfiyyətini və etibarlılığını təmin edir.