AZ

Məqalələrin tərtibat qaydaları


  • Müəllif haqqında məlumat: Məqalənin adından sonra müəllifin adı və soyadı, təmsil etdiyi müəssisənin tam adı, şəhər və ölkə adı, elmi dərəcəsi və elmi adı, təhsil səviyyəsi, ORCID kodu, telefon nömrəsi və e-poçt ünvanı qeyd edilməlidir. 
  • Məqalə formatı: Məqalə A4 formatında, Times New Roman şrifti ilə, 14 pt. ölçüsündə, 1,5 sətirarası interval ilə yazılmalı, səhifə ölçüləri soldan, yuxarıdan və aşağıdan 25 mm, sağdan 20 mm olmalı, məqalə həcmi 8-35 səhifə olmalıdır.
  • Məqalənin quruluşu: Məqalələr IMRAD (Giriş, Metodlar, Nəticələr, Müzakirə və Nəticə) strukturu əsasında tərtib edilməlidir. Məqalənin əvvəlində 200-250 sözdən ibarət xülasə olmalıdır. Azərbaycan dilində yazılan məqalədə xülasə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılan məqalədə xülasə ingilis və Azərbaycan dillərində, rus dilində yazılan məqalədə xülasə rus, Azərbaycan və ingilis dillərində yazılmalıdır. Bütün dillərdəki xülasələr məzmunca eyni olmalı, elmi nəticəni, işin yeniliyini və əhəmiyyətini yığcam şəkildə əks etdirməlidir. Hər bir xülasədən sonra müvafiq dildə 5 sözdən az olmayaraq açar sözlər yazılmalıdır. 
  • İstinadlar: Məqalədə mövzu ilə əlaqədar 12 mənbədən çox olmaqla son 10 ilə aid elmi mənbələrə istinadlar zəruridir. İstinadlar məqalə daxilində iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (Hüseynova, 2020), konkret olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (Hüseynova, 2020, s. 219). İstinadlar məqalənin sonunda əlifba ardıcıllığı ilə tərtib edilməlidir. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalıdır, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir. İstinadlar və ədəbiyyat siyahısı APA 7 (American Psychological Association, 7th Edition) standartlarına uyğun tərtib edilməlidir.

Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, kitabın nəşr ili (mötərizədə), kitabın adı (kursivlə), nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Mirzəyev, H. (2006). Azərbaycan dilində feil. Elm. 

Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, məqalənin nəşr ili (mötərizədə), adı, jurnalın adı (kursivlə), cild (say), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Sadıqova, S. (2024). Azərbaycan ədəbi dilinin normaları. Elmi Tədqiqat. Beynəlxalq Elmi Jurnal, 4(1), 12–16. https://doi.org/10.36719/2789-6919/29/12-16

Elektron resursa istinad: Müəllifin soyadı, adının baş hərfi, məqalənin nəşr ili, gün, ay (mötərizədə), məqalənin adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: İsmayıllı, T. (2024, 30 may). Dilə funksional yanaşma və koqnitiv dilçilik modelləri. aem.az. https://www.aem.az?newsid=4186

  • Plagiat hesabatı:Məqalənin plagiat yoxlanışından keçirilməsinə dair rəsmi hesabat təqdim edilməlidir.

 

Yayımçı:   INTERNATIONAL SCIENCE, EDUCATION AND INNOVATIONS CENTER

 

 

Əlaqə:

scieduinn@iseic.org

info@iseic.org

 

+994 50 301 06 26

+994 55 785 78 73