AZ

JURNAL HAQQINDA


“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnal elmin hər bir sahəsi üzrə orijinal və yüksək keyfiyyətli elmi tədqiqatları dərc edən multidisiplinar, resenziyalı, açıq girişli (Open Access) akademik jurnaldır.

Jurnal 2026-cı ilin iyul ayında Beynəlxalq ISSN Mərkəzinə müraciət etmiş, qeydiyyatdan keçərək rəsmi fəaliyyət göstərəcəkdir. Akademik nəşr sahəsində beynəlxalq standartlara  uyğun fəaliyyət göstərən jurnal alim və tədqiqatçılara elmi araşdırmalarını qlobal miqyasda yayımlamaq imkanı yaradır.

Jurnal beynəlxalq nəşr standartlarına və COPE prinsiplərinə uyğun olaraq yüksək etik normalara uyğun fəaliyyət göstərir, ciddi resenziya və redaksiya daxili proseslərin düzgün təşkilini təmin edir, nəşr prosesi double-blind rəyçilik sistemi əsasında həyata keçirilir, plagiata qarşı ciddi yoxlama mexanizmləri tətbiq edir, eyni zamanda, yeni tədqiqatlara çıxış imkanlarının artırılması ilə akademik inkişafı dəstəkləyir. 

“Elm, Təhsil və İnnovasiyalar” beynəlxalq elmi jurnal açıq giriş (Open Access) modelini tətbiq edərək fəaliyyət göstərir və qlobal miqyasda tədqiqatlara sərbəst giriş təmin edir.

     

Yayımçı:   INTERNATIONAL SCIENCE, EDUCATION AND INNOVATIONS CENTER

 

Əlaqə: scieduinn@iseic.org

 info@iseic.org

 

+994 50 301 06 26

+994 55 785 78 73